Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah üzma Nuri Həmədaninin Qum şəhərində Şəhid Ayətullah Seyid İbrahim Rəisinin ikinci ildönümü münasibətilə keçirilən mərasimə məktub ünvanlayıb. Məktubun tam mətni aşağıdakı kimidir.
بِسْمِ اللَّهِ الرَّحْمٰنِ الرَّحِیمِ
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ، وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَی سَیِّدِنَا وَ نَبِیِّنَا أَبِی الْقَاسِمِ الْمُصْطَفَی مُحَمَّدٍ، وَ عَلَی أَهْلِ بَیْتِهِ الطَّیِّبِینَ الطَّاهِرِینَ، سِیَّمَا بَقِیَّةِ اللَّهِ فِی الْأَرَضِینَ، وَ لَعْنَةُ اللَّهِ عَلَی أَعْدَائِهِمْ أَجْمَعِینَ إِلَی یَوْمِ الدِّینِ.
Bağışlayan və mehriban Allahın adı ilə
Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Allahın salamı Peyğəmbərimiz həzrət Məhəmmədə (s), onun pak Əhli-beytinə (ə), xüsusilə Allahın yer üzündə sonuncu Höccəti olan həzrət İmam Zamana (ə) olsun. Onların bütün düşmənlərinə qiyamət gününədək Allahın lənəti olsun.
İran İslam Respublikasının fədakar və seçkin simalarından biri olan mərhum Höccətül-İslam vəl-müslimin cənab Rəisinin anım mərasimini təşkil edən hörmətli məclis iştirakçılarına salam və ehtiramımı çatdırıram.
İslam məktəbində insanın dəyəri üçün müəyyən meyarlar göstərilmişdir ki, bunların ən mühümü Allaha iman və əməldə ixlasdır. Bu xüsusiyyət mömin insanların davranış və həyat tərzində özünü göstərir. İctimai həyatda isə ən üstün ibadət Allahın razılığını qazanmağa səbəb olan əməldir.
Bu əsasla, ilahi yaxınlığın ən mühüm göstəricilərindən biri xalqa xidmət etməkdir. Yəni insan elə yaşamalıdır ki, onun varlığı Allah bəndələri üçün xeyir və fayda mənbəyinə çevrilsin.
Əziz Peyğəmbərimiz (s) buyurmuşdur: خَصْلَتَانِ وَ لَیْسَ فَوْقَهُمَا خَیْرٌ مِنْهُمَا: اَلْإِیمَانُ بِاللَّهِ وَ اَلنَّفْعُ لِعِبَادِ اللَّهِ».
“İki xüsusiyyət vardır ki, onlardan üstün heç nə yoxdur: Allaha iman və Allah bəndələrinə fayda vermək.”
Başqa bir hədisdə isə Allah yanında ən sevimli insanın kim olduğu soruşulduqda buyurmuşdur: «أفْضَلُ النّاسِ أنْفَعُهُم لِلنّاسِ».
“İnsanların ən üstünü, insanlara ən faydalı olanıdır.”
Mərhum cənab Rəisi həyatını Allahın razılığı yolunda sərf edən, ixlası daim öz fəaliyyətinin əsas prinsipi sayan və bütün varlığını xalqa xidmətə həsr edən simalardan biri idi.
O, xidmət yolunun çətinliklərində heç vaxt yorulmur, daim İslamın və İnqilabın mənafeyini əsas tuturdu. Xalqa xidmət yolunda gecə-gündüz tanımırdı. Allaha imanının təsiri onun varlığında o qədər aydın idi ki, düşmən qarşısında heç vaxt baş əymir, xalq qarşısında isə son dərəcə təvazökar davranırdı.
Vilayətə bağlılıqda, şəhidlərin qanına sədaqətdə, İmam Xomeyninin (r) ideallarına və Ali Məqamlı Rəhbərə itaətdə heç bir tərəddüd etmirdi və ömrünün sonuna qədər özünü sadə bir tələbə kimi aparırdı.
Dünyavi vəzifə və məqamlar onun ruhiyyəsinə təsir göstərməmişdi. Eyni ixlas və təqva həyatının bütün mərhələlərində aşkar görünürdü. Məhkəmə sistemində, İmam Rzanın (ə) müqəddəs hərəminə xidmətində və həmçinin prezidentlik dövründə bütün gücünü ölkənin yüksəlişi üçün sərf etdi.
Mən bu şəxsiyyəti qırx ildən artıq tanıdığım üçün şahidlik edirəm ki, o, xidmət yolunda heç bir səydən çəkinmədi və nəhayət xalqa xidmət edərkən, vəzifəsini yerinə yetirdiyi halda şəhadət məqamına çatdı.
Belə bir pak və dəyərli insanın anılması olduqca layiqli və yerində bir addımdır. Onun qalıcı və qiymətli xidmətləri xalq üçün izah edilməli və daim xatırladılmalıdır.
Sonda bu mərasimin təşkilatçılarına təşəkkür edir, hər kəs üçün Uca Allahdan müvəffəqiyyət diləyirəm.
19 may 2026
Ayətullah Nuri Həmədani
Ayətullah İbrahim Raisi ilə Ayətullah Nuri Həmədani arasında 10 may 2024-cü il tarixində tarixində baş tutan səmimi görüşdən görüntülər
(şəhadətindən bir neçə gün əvvəl)






Rəyiniz